Назад

Azərbaycanlı tələbələrin Rusiyaya təhsil almağa yola salınması haqqında

Bu ilin avqust ayının 17-də Rusiya informasiya mədəni mərkəzində ənənəvi olaraq Rusiyada büdcə əsasında təhsil almaq üçün qəbul olunmuş azərbaycanlı tələbələrlə görüş keçirildi.

Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin tələbələri salamlayaraq dedi: Ölkəmizin aparıcı ali məktəblərinə qəbul olduğunuz üçün sizi təbrik edirəm. Səmimi qəlbdən sizə uğurlar arzulayıram.

V.D.Doroxin vurğuladı ki, Azərbaycandan Rusiyaya təhsil almağa getmək ənənəsinin bünövrəsini H.Əliyev qoymuşdur. Sovet dövründə Rusiyanın müxtəlif ali məktəblərində təhsil almaq üçün hər il minlərlə insan gedirdi və onların arasında hazırki prezident İ.Əliyev və birinci xanım M.Əliyeva da var idi.

Səfir demişdir ki, Rusiya təhsil sistemi yüksək standartları müdafiə etməkdə davam edir və layiqli beynəlxalq nüfuzunu qoruyub saxlayır. Məhz buna görə də Azərbaycan gəncləri ildən-ilə Rusiyada  ali təhsil almağa böyük maraq göstərir. Federal dövlət statistika xidmətinin məlumatına görə təhsilin bütün növləri üzrə büdcə əsasında və şəxsi hesabına görə Rusiya dövlət və özəl ali məktəblərində 2015-ci ildə Azərbaycandan tələbələrin ümumi sayı 15 min nəfərə yaxın olub. Bu ötən ilə nisbətən 2 min artıqdır. Onların yarısı qiyabi oxuyur, digər yarısı isə - əyani.

Büdcə əsasında təhsil və dövlət tərəfindən təqaüd ayırma proqramı Rusiya Federasiyasında ilk dəfə deyil həyata keçirilsin. 2009-cu ildə bu proqram üzrə 123 tələbə Rusiyaya gəlib, 2010-cu ildə - 192, 2011-ci ildə - 141, 2012-ci ildə-138, 2013-cü ildə - 139 nəfər, 2014-cü ildə - 145 nəfər.

Hazırda Rusiyanın ali məktəblərinə 197 nəfər daxil olub. Azərbaycandan olan tələbələrin Rusiya ali məktəblərin seçim coğrafiyası genişdir – Moskva, Sankt-Peterburq, Kazan, Dağıstanın ali məktəbləri. İstiqamətlər – jurnalistika, lingvistika, filoloqiya, tarix, pedaqoji, sosioloji elmlər, informatika və hesablama texnikası, iqtisadiyyat, hüquq, pediatriya və müalicə işi, neft və qaz sahəsi və başqaları.

Ali məktədlərə daxil olanların siyahısına nəzər salsanız görəcəksiniz ki, milliyətində asılı olmayaraq, prioritet istedadlı tələbələrin tərəfindədir. Belə yanaşma Azərbaycan və Rusiyanın münasibətlərinin xarakterinə uyğundur.

Səfir əmin olduğunu bildirib ki, yaranmış dostluq əlaqələr, gələcək mütəxəssislərin aldıqları bilik Azərbaycanın rifahı naminə və Rusiya-Azərbaycan münasibətlərin möhkəmlənməsinə xidmət edəcəkdir.