Назад

Rusiya Günü münasibətilə qəbulda Səfirin çıxışı barədə

İyunun 8-də Rusiya Günü dövlət bayramı münasibətilə qəbul keçirilib. Qonaqlar qarşısında çıxış edən Rusiyanın Azərbaycandakı Səfiri V.D.Doroxin dedi:

“Əziz dostlar,

İlk növbədə, mən Sizə təşəkkür edirəm ona görə ki, Siz Rusiya milli Günü münasibətilə bayramına dəvəti qəbul etdiniz. Rusiya 26 il bundan əvvəl, o vaxt hələ SSRİ tərkibində olarkən, dövlət suverenliyi haqqında Bəyannamə qəbul edib. Bu, o demək idi ki, SSRİ artıq vahid dövlət kimi yaşaya bilməz və Rusiya SSRİ-nin tərkibinə daxil olan digər respublikar kimi, öz yolu ilə getməlidir. Və o zaman tarixində ilk dəfə Rusiya demokratiya, plüralizm və bazar iqtisadiyyatı yolunu seçdi.

Belə seçimin riskləri böyük idi. Rusiyanın Sovetlər Ölkəsinin dağıntılar altında dağılmaq təhlükəsi real idi. Yeni həyat quruculuğunda hər şey birdən  alınmırdı. . Amma biz sınaqdan çıxdiq,siyasi sabitliyi saxladıq, sonra isə  möhkəmləndirdik, iqtisadiyyatı yenidən qurmağa başladıq, öz milli maraqlarını dərk etdik və dünya siyasətində yeni yer tapdıq.

Bu gün Rusiya öz yolu ilə gedir. Biz heç kimə pislik etmək istəmirik. Beynəlxalq hüquq əsasında hərəkət edərək, digər ölkələrin milli maraqlarını tanıyaraq, bundan sonra da ardıcıl surətdə öz maraqlarımızı müdafiə edəcəyik.

Bütün bu illər ərzində qonşu, ümumi tarixlə bağlı ölkələr kimi, Rusiya və Azərbaycan birlikdə idilər. Biz qarşılıqlı əlaqələrinin optimal modelini qurmağa müvəffəq olduq. Onların əsasında bir-birinə qarşılıqlı hörmət, ərazi bütövlüyü və suverenliyinin, müstəqilliyinin qeyd-şərtsiz tanıması, praqmatik maraqlar balansı əsasında münasibətlərin qurulması durur.

Moskva və Bakı fəal siyasi dialoq aparırlar. Biz qarabağ münaqişəsinin ədalətli həllində səmimi olaraq maraqlıyiq və öz vasitəçi funksiyalarını fəal şəkildə davam etdirəcəyik. Rusiya qeyri-neft sektorunda Azərbaycanın 1 nömrəli iqtisadi tərəfdaşıdır. Yüz minlərlə azərbaycanlıların Rusiyada ölkəmizin rifahı naminə çalışır, burada yaşayan ruslar isə Azərbaycanın çiçəklənməsinə öz töhfələrini verirlər. Nadir humanitar əməkdaşlıq proqramlar mövcuddur. Rusiya Azərbaycanla  mehriban qonşuluğun möhkəmlənməsi üçün bundan sonra da əlindən gələni edəcək.

Azərbaycanın səmimi dostu kimi Rusiya onun müvəffəqiyyətlərinə sevinir. Rusiya onun cənub sərhədlərində güclü, sabit və çiçəklənən qonşunun mövcudluğunda maraqlıdır və ölkənizə müvəffəqiyyətlər arzulayır”.