Назад

Rusiya Səfirinin M.V.lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının məzunlarına diplomların təqdimetmə mərasimində iştirakı barədə

Bu il iyulun 18-də  Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin M.V.lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının məzunlarına diplomların təqdim olunması mərasimində iştirak edib.

M.V.lomonosov adına Moskva dövlət universitetinin filialı Bakı şəhərində Azərbaycan Respublikasının Prezidentinin 2621 saylı 15 yanvar 2008-ci il tarixli sərəncamı və M.V.lomonosov adına MDU-nun rektorunun 25 sentyabr 2007-ci il tarixli əmri ilə yaradılmışdır. Onun rəsmi açılışı 2009-ci ilin fevralın 27-də keçirilmişdir. 2012-ci il sentyabrın 26-da yeni tədris kompleksi açılıb. Hazırda 5 fakültədə 400-ə yaxın tələbə və 50 magistrant rus dilində təhsil alır.

Mərasimdə çıxış edən Səfir bildirmişdir ki, filialın yaradılması və onun fəaliyyəti Rusiya-Azərbaycan əməkdaşlığının  yüksək səmərəliliyinin parlaq rəmzidir. V.Doroxin başda rektor N.Paşayeva olmaqla akademiyanın professor-müəllim heyətini, məzunları, onların valideynlərini növbəti tədris ilinin uğurla başa çatması münasibətilə təbrik edib, məzunlara tədris zamanı aldıqları bilikləri vətənin - Azərbaycanın çiçəklənməsi üçün istifadə etməyi arzulamışdır.