Назад

Rusiya səfirinin rusiyalı tələbələrlə görüşü haqqında

İyunun 8-də Rusiyanın Azərbaycandakı Səfiri V.D.Doroxin Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusuyada Azərbaycan gənclər təşkilatının sədri Leyla Əliyevanın dəvətilə Bakıya gəlmiş rusiyalı tələbələrlə görüşüb. Nümayəndə heyətinin tərkibində MDBƏİ, MDU, XİN Diplomatik akademiyasının, yəni beynəlxalq əlaqələr, politoloqiya, jurnalistika sahələrində oxuyan tələbələr var idi.

V.Doroxin Azərbaycan tərəfinin təşəbbüsünü alqışlayaraq, gəncləri beynəlxalq arenasında sürətlə inkişaf edən Azərbaycanla tanış olmaq imkanından daha dolğun istifadə etməyə çağırdı.

Səfir Azərbaycanda diplomatik xidmətin xüsusiyyətləri, Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə danışdı. V.D.Doroxin Azərbaycan vətəndfaşlarının  rus dilinə və rus dilində təhsil almasına marağını qeyd edərək, tələbələri maraqlandıran digər sualları cavablandırdı.