Xarici pasportun rəsmiləşdirilməsi
KONSULLUQ ŞÖBƏSİNƏ TƏQDİM OLUNAN SƏNDLƏRİN SİYAHISI | ||
XARİCİ PASPORT NÜMUNƏ | ELEKTRON MƏLUMAT DAŞIYICISI OLAN XARİCİ PASPORT NÜMUNƏ | |
Həddi-bulluğa çatmış vətəndaşlar | Ərizə 1 nüsxədə saytda doldurulur: (Ərizə doldurulmalı və Səfirliyin konsulluq şöbəsinə sənədlərin verilməsindən minimum üç gün əvvəl sistemdə yaddaşa yazılmalıdır) Şəxsiyyəti təsdiq edən sənəd:
Dörd fotoşəkil (açıq fonda ağ-gara yaxud rəngli, ölçüsü 3,5х4,5 sm) Fotoşəkildə vətəndaşın üzü və çiyinlərin üst hissəsi görünməlidir, eyni zamanda üzün ölçüsü fotoşəklin ümumi sahəsinin 70%-ni təşkil etməlidir Fon ağ, hamar, zolaq və ləkələr, kənar əşyaların təsvirləri və kölgələr olmadan seçilməlidir. Ad yaxud soyad dəyişdirildiyi təqdirdə - rus dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə bunu təsdiq edən rəsmi sənəd (nigah haqqında yaxud ad dəyişmə haqqında şəhadətnamə) Rüsum: 51 AZN Rəsmiləşdirmə müddəti: 3 aya kimi | Ərizə 1 nüsxədə saytda doldurulur: Şəxsiyyəti təsdiq edən sənəd:
Fotoşəkil konsulluq şöbəsində çəkilir Rüsum: 136 AZN Rəsmiləşdirmə müddəti: 3 aya kimi |
Həddi-bulluğa çatmamış vətəndaşlar 14 yaşdan 18 yaşına kimi | Ərizə 1 nüsxədə saytda doldurulur: (Ərizə doldurulmalı və Səfirliyin konsulluq şöbəsinə sənədlərin verilməsindən minimum üç gün əvvəl sistemdə yaddaşa yazılmalıdır) Qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd:
Uşağın şəxsiyyətini təsdiq edən sənəd:
Tərkibində Rusiya vətəndaşlığına mənsub olma haqqında qeyd (yaxud içlik) olan uşağın doğum haqqında şəhadətnaməsi (əsli və surəti) Uşağın dörd fotoşəkili (açıq fonda ağ-gara yaxud rəngli, ölçüsü 3,5х4,5 sm) Fotoşəkildə uşağın üzü və çiyinlərin üst hissəsi görünməlidir, eyni zamanda üzün ölçüsü fotoşəklin ümumi sahəsinin 70%-ni təşkil etməlidir Fon ağ, hamar, zolaq və ləkələr, kənar əşyaların təsvirləri və kölgələr olmadan seçilməlidir. Uşağın adı yaxud soyadı dəyişdirildiyi təqdirdə - rus dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə bunu təsdiq edən rəsmi sənəd (adın dəyişdirilməsi haqqında yaxud atalığın müəyyən olunması haqqında şəhadətnamə) Sənədləri təqdim etmə zamanı 14 yaşdan 18 yaşa qədər vətəndaşların gəlməsi mütləqdir Rüsum: 51 AZN Rəsmiləşdirmə müddəti: 3 aya qədər | Ərizə 1 nüsxədə saytda doldurulur: Qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd:
Uşağın şəxsiyyətini təsdiq edən sənəd:
Tərkibində Rusiya vətəndaşlığına mənsub olma haqqında qeyd (yaxud içlik) olan uşağın doğum haqqında şəhadətnaməsi (əsli və surəti) Fotoşəkil konsulluq şöbəsində çəkilir Sənədləri təqdim etmə zamanı 18 yaşına çatmış vətəndaşların gəlməsi mütləqdir Rüsum: 136 AZN Rəsmiləşdirmə müddəti: 3 aya qədər |
14 yaşına kimi həddi-buluğa çatmamış vətəndaşlar | Ərizə 1 nüsxədə saytda doldurulur: (Ərizə doldurulmalı və Səfirliyin konsulluq şöbəsinə sənədlərin verilməsindən minimum üç gün əvvəl sistemdə yaddaşa yazılmalıdır) Qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd:
Uşağın şəxsiyyətini təsdiq edən sənəd:
Tərkibində Rusiya vətəndaşlığına mənsub olma haqqında qeyd (yaxud içlik) olan uşağın doğum haqqında şəhadətnamə (əsli və surəti) Uşağın dörd şəkili (açıq fonda ağ-gara yaxud rəngli, ölçüsü 3,5х4,5 sm) Fotoşəkildə uşağın üzü və çiyinlərin üst hissəsi görünməlidir, eyni zamanda üzün ölçüsü fotoşəklin ümumi sahəsinin 70%-ni təşkil etməlidir Fon ağ, hamar, zolaq və ləkələr, kənar əşyaların təsvirləri və kölgələr olmadan seçilməlidir. Uşağın adı yaxud soyadı dəyişdirildiyi təqdirdə - rus dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə bunu təsdiq edən rəsmi sənəd (adın dəyişdirilməsi haqqında yaxud atalığın müəyyən olunması haqqında şəhadətnamə) Sənədləri təqdim etmə zamanı 18 yaşına çatmış vətəndaşların gəlməsi mütləqdir Rüsum: 17 AZN Rəsmiləşdirmə müddəti: 3 aya qədər | Ərizə 1 nüsxədə saytda doldurulur: Qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd:
Uşağın şəxsiyyətini təsdiq edən sənəd:
Tərkibində Rusiya vətəndaşlığına mənsub olma haqqında qeyd (yaxud içlik) olan uşağın doğum haqqında şəhadətnamə (əsli və surəti) Tərkibində Rusiya vətəndaşlığına mənsub olma haqqında qeyd (yaxud içlik) olan uşağın doğum haqqında şəhadətnamə (əsli və surəti) Fotoşəkil konsulluq şöbəsində çəkilir Sənədləri təqdim etmə zamanı 14 yaşa çatmış vətəndaşların gəlməsi mütləqdir Rüsum: 68 AZN Rəsmiləşdirmə müddəti: 3 aya qədər |
Pasport alınan zaman özünüzlə köhnə xarici pasport, daxili pasport (olduqda), doğum haqqında şəhadətnamə (yaxud onun vətəndaılığa qəbulu haqqında ştampla notarial qaydada təsdiq edilmiş tərcüməsi) gətirilməlidir
PASPORTUN HAZIR OLMASININ YOXLANILMASI
10 illik pasportun hazır olmasını https://info.midpass.ru/ saytında izləyə bilərsiniz.
5 illik pasportun hazır olmasını https://info.midpass.ru/ saytında izləyə bilərsiniz.
Əlaqə üçün telefon: (+994-12) 498-60-16
ƏLAVƏ MƏLUMAT
- Yeni pasportun rəsmiləşdirilməsi zamanı dəyişdirilən pasport geri alınmır.
- Əvvəl verilən pasportun, habelə daxili pasportun olmadığı yaxud müddətinin bitdiyi halda, vətəndaşlığın olub-olmamasının yoxlanılması lazımdır.
- Bütün xarici sənədlərin notariat qaydasında təsdiq olunmuş rus dilinə tərcüməsinin təqdim edilməsi vacibdir.
- Pfsportun rəsmiləşdirilməsi zamanı itirilmiş pasportun əvəzinə ərizəyə həmin pasportun itirilməsi halında onun qüvvədən düşmüş hesab edilməsi ilə bağlı yazılı ərizə əlavə olunur. Bu ərizə ixtiyari formada yazılır, orada ərizəçinin adı, soyadı, atasının adı və doğulduğu yer, onun poçt ünvanı, əvvəl verilmiş pasportun itirilmə tarixi, yeri və xüsusatları, eləcə də bu pasportun ərizəçiyə məlum olduğu məlumatları (seriyası, nömrəsi, verilmə tarixi, sənədi vermiş orqan) göstərilir.
- Yeni xarici pasport verildikdə daxili pasportda yeni xarici pasportun verilməsi haqqında qeyd aparılır.
- Yeni xarici pasportda ərizəçinin adının transliterasiyasının hüquqi qüvvədə olan digər sənədlərdəki adının transliterasiyası ilə üst-üstə düşmədiyi təqdirdə vətəndaş əvəllər verilmiş sənədlərə uyğun olaraq transliterasiyanın dəyişdirilməsi ilə bağlı ərizəni vermək hüququna malikdir. Vətəndaşın pasportunda onun adının və/yaxud soyadının yazılışının dəyişməsi üçün əsas yaradan sənədlər:
- Əvvəl verilmiş pasport
- Doğum haqqında şəhadətnamə
- Nigahın bağlanılması/pozulması haqqında şəhadətnamə
- Adının dəyişdirilməsi haqqında şəhadətnamə
- Yaşayış üçün icazə
- Həddi-buluğa çatmamış uşağın valideynin yaxud familiyasını daşıdığı qanuni təmsilçinin pasportu
- Dini əqidasi kənar şəxslərin yanında baş örtüyü olmadan görünməyə imkan verməyən vətəndaşın üzünü gizlətməyən baş örtüklərdə fotoşəkilin çəkilməyinə icazə verilir.
- Forma geyimində, habelə şüşələri tünd olan eynəklərdə fotoşəkilin şəkilməsinə icazə verilmir.
- Əgər vətəndaşın daxili pasportu yoxdursa, onda yeni xarici pasportda “Xarici pasportun verilməsi haqqında qeyd daxili pasportda aparılmayıb” yazısı edilir. Əgər Rusiya Federasiyasının hüdudlarından kənarda yaşayan vətəndaşların daxili pasportu əvvəllər olmayıb və ində də yoxdusa, o zaman həmin ştamp vurulmur.
- Rusiya Federasiyasına gəldikdə, pasportda “Xarici pasportun verilməsi haqqında qeyd daxili pasportda aparılmayıb” ştampı olan xarici pasportların sahiblərinə Rusiya XİN-in Konsulluq departamentinə, yaxud yaşayış yeri üzrə Rusiyanın DİN-ə daxili pasportda “xarici pasportun” verilməsi haqqında qeydin yerinə yetirilməsi və yuxarıda göstərilmiş yazının ləğvi üçün müraciət etmək lazımdır.Xarici pasportda həmçinin pasportda “Xarici pasportun verilməsi haqqında qeyd daxili pasportda aparılıb” ştampı vurulmalıdır.
- Hazır pasportlar rəsmiləşdiyi tarixdən etibarən üç il ərzində konsulluq şəbəsində saxlanılır.
BİRİNCİ XARİCİ PASPORTUN OLDUĞU HALDA İKİNCİNİN RƏSMİLƏŞDİRİLMƏSİ
Rusiya vətəndaşı ikinci xarici pasport ala, deməli, eyni zamanda onun şəxsiyyətini ölkənin hüdudlarından kənarda təsdiq edən və hüquqi qüvvəyə malik iki pasporta malik ola bilər. İkinci pasport yalnız yeni nəsil pasportu verilə bilər. İkinci xarici pasportun alınması üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:
- Xarici pasportun verilməsi haqqında ərizə.Бланк заявления необходимо заполнить в электронном виде, перейдя на сайт Ərizə blankı https://zp.midpass.ru sayta keçməklə elektron formada doldurulmalı, bir nüsxədə bir vərəqin iki tərəfində çap edilməlidir, həmçinin, ikiğlçülü ştrix-koda malik vərəq də mütləq şəkildə çap olunur və təqdim edilir.
- Mövcud olan xarici pasportun orijinalı
- Biometrik pasportun rəsmiləşdirilməsi üçün fotoşəkilin çəkilməsi konsulluq şöbəsində həyata keçirilir.