19 mart / 2022

GÜCÜMÜZ HƏQİQƏTDƏDİR – Rusiyanın Azərbaycandakı Səfirliyi

11 mart tarixində saytımızda ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litsenberqin Ukraynada baş verən hadisələrlə bağlı məqaləsi dərc olunmuşdur.

Rusiyanın Azərbaycandakı Səfirliyi qeyd etdiyimiz məqaləyə cavab hazırlamışdı.

APA Rusiya Səfirliyinin göndərdiyi məqaləni təqdim edir:

 

2014-cü ildə Ukraynada baş vermiş antikonstitusion çevrilişin təşkilatçılarının siyasəti ötən səkkiz il ərzində təkcə Ukrayna dövlətinin dağılmasının başlanğıcına, onun iqtisadiyatının iflasına, sosial böhrana, neonasizmin tüğyan etməsinə deyil, həmçinin Donbasda vətəndaş müharibəsi nəticəsində dinc əhali arasında çoxminli qurbanlara gətirib çıxarmışdı. Bütün bu müddət ərzində Ukrayna hakimiyyəti BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təsdiq olunmuş Minks razılaşmaların yerinə yetirilməsindən boyun qaçırırdı. Yekunda rəsmi Kiyevin günahı ucbatından onlar tamamilə pozulmuşdu. Kiyevin natoyönümlü meylləri Ukrayna ərazisində Şimali Atlantika alyansının zərbə silahlarının yerləşdiriləcəyi təqdirdə Rusiyanın təhlükəsizliyi üçün təhdidin yaranmasının real riskini meydana gətirmiş oldu.

2022-ci ildə Donbasda bütün təmas xətti boyunca vəziyyət kəskin surətdə gərginləşdi, əhali fiziki məhv olmaq təhlükəsi ilə üzləşdi, qaçqınlar Rusiyaya axın etməyə başladı. Rusiya Federasiyası üçün Donetsk Xalq Respublikasının (DXR) və Luqansk Xalq Respublikasının (LXR) müstəqilliyini 21 fevral 2022-ci il tarixdə tanımaqdan, eləcə də 2022-ci il fevralın 22-də üç ölkə parlamentləri tərəfindən ratifikasiya olunmuş həmin respublikalarla dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqavilələri bağlamaqdan başqa çıxış yolu qoymadılar.

Donbasda hərbi vəziyyətin kəskinləşməsi səbəbindən DXR və LXR başçıları Rusiya federasiyasının rəhbərliyinə yardımla bağlı xahişlə müraciət etmişlər. Həmin müraciət əsasında, eləcə də BMT Nizamnaməsinin 7-ci fəslinin 51-ci maddəsinə uyğun olaraq, Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sanksiyası ilə xüsusi hərbi əməliyyatın aparılması haqqında qərar qəbul edilmişdir.

Tam qəti və aydın şəkildə bildirmək vacibdir ki, Rusiya Federasiyası Ukrayna xalqı ilə müharibə aparmayıb, aparmır və aparmiq niyyətində deyil. Bugünkü hadisələr Ukraynanı girov götürən və onu ölkəmizə və xalqımıza qarşı istifadə etmək niyyətində olanlardan Rusiyanın özünü müdafiə etməklə bağlıdır.

ABŞ və Avropa müttəfiqlərin – 2014-cü ildə Ukraynada cinayətkar dövlət çevrilişi planlaşdırmağa və həyata keçirməyə kömək edənlərin, onu anti-Rusiya layihəsinə çevrilməsinə məqsədyönlü şəkildə səbəb olanların, habelə səkkiz il ərzində Donbasdakı münaqişəni qidalandıranların davranışı abırsız və məsuliyyətsiz görünür. Həmin destruktiv qüvvələr – kollektiv Qərb adlandırılan güclər – ukrayna xalqının sülh şəraitində yaşamasını istəmir, onlar “Rusiya ilə son ukrayna əsgərinə qədər vuruşmağa” hazırdır. ABŞ, Avrop İttifaqı, NATO özlərinin əsl simasını nümayiş etdirir: Ukraynaya ölüm silahlarının tədarükünü artırır, ora hərbi mütəxəssislər və muzdluları göndərir. Bununla bərabər, Donbasda yaşayan sadə insanların iztirablarını görməyən Qərbin nəzarəti altında olan təbliğat vasitələri bu gün Ukraynada və onun ətrafında baş verənkəri bilərəkdən təhrif edir və, beləliklə, onsuz da böhranlı vəziyyəti daha da ağırlaşdırırlar.

Bir neçə nümunə gətirmək kifayətdir. Sübut və dəlillər var ki, amerikan xüsusi xidmət orqanlarının nümayəndələrinin nəzarəti altında radikal ukrayna qruplaşmaları müxtəlif növ provokasiyalar həyata keçirmək məqsədilə toksik kimyəvi maddələrin istifadəsi ilə bağlı bir neçə mümkün ssenari hazırlayıb. “Ukraynada mümkün kimyəvi təxribatlar haqqında” Rusiyanın milli sənədi 10 və 11 mart tarixlərində BMT-nin Kimyəvi silahların qadağan olunması üzrə təşkilatında və Təhlükəsizlik Şurasında yayılmışdır. Belə aksiyaların hədəfi – Rusiyanı mülki əhaliyə qarşı kimyəvi silahların tətbiqində, habelə öz öhdəliklərinin, o cümlədən Kimyəvi silahların qadağan olunması haqqında Konvensiyanın pozulmasında günahlandırmaqdır.

Bir neçə diversiya ssenarisi hazırlanmışdır. Belə variantlardan biri sənaye təyinatlı kimyəvi maddələrlə dolu iri həcmli çənlərin partladırlması yolu ilə Ukraynanın kimya sənayesi müəssisələrindən birində diversiyanın reallaşdrılmasından ibarətdir.

Ukrayna ərazisində hərbi-bioloji proqramların həyata keçirilməi haqqında informasiya daha da həyacanlı və qorxuludur. Məlumdur ki, müvafiq biolaboratoriyaların mövcudluğu dövlət katibinin müavini V.Nulland tərəfindən ABŞ Konqresinin Senatında mart ayında keçirilmiş dinləmələrdə etiraf olunmuşdur.

Rusiyanın Müdafiə Nazirliyi Ukraynada fəaliyyət göstərən biolaboratoriyaların əməkdaşlarından bu ölkənin ərazisində ABŞ və onun NATO bloku üzrə müttəfiqlərinin hərbi-bioloji proqramların həyata keçirilməsi haqqında materiallar əldə etmişdir. 2022-ci il mart ayının 17-də ABŞ-ın Ukrayna ərazisində hərbi-bioloji fəaliyyətinə dair sənədlərin növbəti hissəsi ilə bağlı aparılmış təhlillərin nəticələri açıqlanmışdır.

Onlardan aydın olur ki, Ukrayna ərazisində bioloji silah komponentləri yaradılırdı. Rusiyanın Müdafiə Nazirliyi 6 mart 2015-ci il tarixli bir sənəd nümayiş etdirmişdir, həmin sənəddə Ukraynada reallaşdırılan hərbi-bioloji layihələrin maliyyələşməsində Pentaronun bilavasitə iştirakı öz təsdiqini tapır.

Diqqətəlayiq haldır ki, ABŞ-ın hərbi təsisatı və Ukraynanın Səhiyyə Nazirliyi arasında Birgə bioloji fəaliyyət haqqında Saziş imzalansa da, pul vəsaitlərinin real alıcısı Ukraynanın Müdafiə Nazirliyinin Kiyev, Odessa, Lvov və Xarkov şəhərlərində yerləşən laboratoriyalarıdır. Maliyyələşmənin ümumi həcmi 32 mln. dollar təşkil edir.

Ukrayna laboratoriyalarında həyata keçirilməsinin xərcləri amerikalılar tərəfindən ödənilmiş layihələr arasında aşağıdakılar müəyyən edilmişdir: Konqo-Krım qızdırmasının, leptospirozun və hantavirusların törədicilərinin öyrənilməsi (həmin patogenlərin həm Ukrayna, həm də Rusiya ərazisində təbii ocaqları mövcuddur, onların tətbiqi isə xəstəliklərin təbii baş verməsi halı kimi maskalana bilər); yarasalar vasitəsilə insana xəstəliklərin yayılması yollarının öyrənilməsi (işlər Xarkovdakı laboratoriya bazasında Tbilisidəki R.Luqar adına qalmaqallı Mərkəzlə birgə aparılırdı); “FLU-FLYWAY” layihəsi çərçivəsində Xarkovdakı baytarlıq təbabəti institutu tərəfindən Rusiya ərazisindən mövcud marşrutları vasitəsilə uçub keçən vəhşi quşlar ölkəmizdə quş qripi xəstəliyinin yayılması üçün nəzərdə tutulan vektorlar kimi öyrənilirdi.

Rusiya Federasiyası üçüncü ölkələr ərazisində Pentaqonun hərbi-bioloji fəaliyyəti ilə bağlı məlumatların açıqlanmasına dəfələrlə çağırış etmişdi, amma ABŞ başda olmaqla kollektiv Qərb bu təşəbbüsü ardıcıl surətdə bloklayır, “özgəsinin əli ilə” beynəlxalq öhdəliklərdən yayınmaqla tədqiqat işlərini həyata keçirməyə üstünlük verir. Qeyd etmək lazımdır ki, dünya üzrə ümumilikdə ABŞ-ın Müdafiə Nazirliyinin maliyyələşdirdiyi 200-dən çox belə laboratoriya, o cümlədən də Rusiya sərhədləri perimetri üzrə açılmışdır, lakin, çox maraqlıdır ki, ABŞ-ın özünün və müttəfiqlərinin ərazisində belə laboratoriyalar mövcud deyil. Aydındır ki, hərbi biologiyanın sponsorları yalnız öz əhalisini mümkün risklərdən qoruyur.

ABŞ-ın hazırki hadisələrində oynadığı rolu qiymətləndirərkən bütün bu faktları nəzərə almaq lazımdır. Ərazisində amerikan biolaboratoriyaları yerləşən dövlətlər onların beynəlxalq təhlükəsizlik və həmin dövlətlərin xalqları üçün hansı təhlükələr törətdiyi barədə dərindən düşünməlidir.

 

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi