Azərbaycan Respublikasında Rusiya Federasiyasının Fövqəladə və Səlahiyyətli Səfiri 

Boçarnikov Mixail Nikolayeviç 1948-ci ildə anadan olub. Ali təhsillidir, 1971-ci ildə SSRİ XİN-in MDBMİ-ni bitirib. İngilis, fransız və amxar dillərini bilir. 1971-ci ildən diplomatik işindədir. Efiopiyada Səfirlikdə çalışıb (1971 – 1977-ci illər, 1982 -1988-ci iləər), Zimbabvedə müşavir-elçisi olub (1990 – 1992-ci illər), Zambiyada (1992-1996-cı illər), Yunanıstanda (1999-2003-cü illər), Qazaxıstanda (2006-2018–ci illər) Səfir, 2003-cü ildən 2006-cı ilə kimi Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri olub. Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsinə malikdir.

Ailəlidir.

 

Twitter