Azərbacan Respublikası rəhbərliyi tərəfindən koronavirus infersiyasının yayılmasının qarşısını almaq üçün karantin və məhdudiyyət tələblərin gücləndirməsilə bağlı Rusiyanı Azərbaycandakı Səfirliyinin konsulluq şöbəsi 30 mart tarixindən qeyri-müəyyən müddətə vətəndaşların şəxsi qəbulunu dayandırır.
Назад

Rusiyanın Azərbaycandakı Səfiri M.İ.Boçarnikovun "Azərbaycan" qəzetinə müsahibəsi, 08.09.2018

Rusiyanın Azərbaycandakı səfiri Mixail BOÇARNİKOV: "İki ölkə liderinin uzunmüddətli təmasları daha məhsuldar əməkdaşlığa real zəmin yaradır”

"Rusiya və Azərbaycan arasında uğurlu əməkdaşlığın təməlini ölkə rəhbərlərinin səmimi və dostluq münasibətləri təşkil edir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycanın dövlət başçısı İlham Əliyev mütəmadi olaraq görüşlər keçirir, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr aparırlar. Dövlət başçılarının Soçi görüşü isə tək əlaqələrimizin inkişafına təkan vermir, həm də iqtisadiyyat sahəsində perspektiv istiqamətləri müəyyənləşdirir”.

Bu sözləri Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov iki ölkə liderinin Soçi görüşünü dəyərləndirərkən rəsmi dövlət qəzeti "Azərbaycan”a məxsusi açıqlamasında söyləyib.

Aparılan danışıqların Rusiya-Azərbaycan əlaqələrinin bütün sahələrdə daha da inkişafına əlavə təkan verəcəyini vurğulayan səfir bildirib ki, dövlət başçılarının uzunmüddətli təmasları daha məhsuldar əməkdaşlığa real zəmin yaradır və bu da bir nümunədir: "Soçi görüşü də buna sübutdur. Həmin görüşdə Prezident Vladimir Putin "Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır” deyərək mövcud münasibətləri yüksək dəyərləndirib”.

Səfir vurğulayıb ki, Soçidə iki prezidentin görüşü çərçivəsində ölkələr arasında yaxın gələcəkdə ticarət və iqtisadi əlaqələrin inkişafı üçün əsas vektorları əhatə edən sənədlər imzalanıb. İlk növbədə bu, Rusiya və Azərbaycan prezidentlərinin birgə bəyanatı, 5 yol xəritəsindən ibarət Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə plandır. Eyni zamanda bu sırada "NK Rosneft” ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında sazişi, Azərbaycanda "QAZ” kommersiya avtomobillərinin milli yığım müəssisəsinin yaradılması barədə sazişi, idman və turizm sahəsində əməkdaşlıq haqqında iki ölkənin hökumətləri arasında sazişi, "Qazprombank” SC, "Rusiya ixrac mərkəzi” SC ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında Rusiyadan ixracın dəstəklənməsi sahəsində layihələrin birgə həyata keçirilməsi çərçivəsində strateji əməkdaşlıq haqqında sazişi və iqtisadi əməkdaşlıq barədə Rusiya İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycan İqtisadiyyat Nazirliyi arasında və bir sıra digər sazişləri də qeyd etmək olar.

"İmzalanmış müqavilələr iqtisadi sahədə əsas məsələlərə vahid yanaşmanın olduğunu təsdiq edir, həmçinin onu da deyim ki, bu sənədlər siyasi, humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsinə və inkişafına töhfə verəcək”, - deyə səfir bildirib.


Twitter